Murad Boz evlənmək istəyir: “Xeyirlisindən bir qismət, İnşallah” (Video)

04.09.2026

Icma.az bildirir, Milli.az portalına istinadən.

Türkiyəli pop ulduz Murad Boz konserti zamanı etdiyi səmimi açıqlama ilə diqqət çəkib.

Milli.Az-ın məlumatına görə, 46 yaşlı sənətçi səhnədə şəxsi həyatı ilə bağlı etiraf edib və evlilik arzusunu dilə gətirib.

Murad Boz tamaşaçılarla söhbəti zamanı yaxın zamanda həyatında bu istiqamətdə yenilik olacağına ümid etdiyini bildirib.

"Xeyirlisindən bir qismət, İnşallah", - deyə müğənni səhnədən evlilik mesajı verib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью