Murad Dadaşov aparıcılıq edəcək

10.07.2026

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İyulun 23-26-da Beynəlxalq Dream Fest festivalı keçiriləcək. 

Bakıvaxtı.az xəbər verir ki, bu yayın ən həyəcanverici tədbirlərindən biri olan festival Sea Breeze kurort şəhərinin sahilində reallaşacaq.

Festival boyunca musiqi, rəqs və əla əhval-ruhiyyə, eləcə də 50-dən çox sənətçinin çıxışları gözlənilir.

Festivalın aparıcıları isə ukraynalı televiziya aparıcısı, aktrisa, müğənni və bloger Regina Todorenko və  “Xəzər” TV-nin prezidenti Murad Dadaşov olacaqlar.

Nərgiz Məmmədli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью