Murad Dadaşov dünya şöhrətli məşhurlarla bir arada... Video

11.12.2024

Teleqraf.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xəzər televiziyasının rəhbəri Murad Dadaşov dünya şöhrətli bəstəkar - müğənni Villi Uilyam və Rumıniyalı “Morandi” qrupu ilə bir araya gəlib.

Teleqraf.com xəbər verir ki, Murad Dadaşov İnstaqram hesabında Villi Uilyam və "Morandi" qrupunun bu gün “Baku Crystal Hall”da verəcəyi konsertdən əvvəl məşq prosesindən video paylaşıb.

Qeyd edək ki, Villi Ulyam və “Morandi” Bakıya gələn futbol üzrə dünya çempionu və səkkizqat “Qızıl top”un sahibi Lionel Messi, komanda yoldaşları Luis Suarez, Serxio Busquets, Jordi Albanın azərbaycanlı azərkeşləri ilə keçiriləcək görüşü çərçivəsində çıxış edəcək.

Biletlərdən əldə edilən gəlir xeyriyyə məqsədilə istifadə ediləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью