Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.
"Gəncə" basketbol klubunun baş məşqçisi Murad Dikmen Azərbaycan Basketbol Liqasının VII turunda "LANDAU Lions"a qarşı keçirilən və 62:85 hesabı ilə başa çatan oyunu şərh edib.
İdman.Biz xəbər verir ki, mütəxəssis komandasının görüşün ilk yarısında istənilən səviyyədə çıxış etmədiyini bildirib.
"Rəqibi qələbə münasibətilə təbrik edir, uğurlar arzulayıram. Təəssüflər olsun ki, birinci və ikinci periodlarda istədiyimiz oyunu göstərə bilmədik. Amma fasilədən sonra komanda olaraq reaksiya verdik. Hesab arasındakı fərqi aradan qaldırmaq çətin idi. Buna görə də lazım olanları reallaşdıra bilmədiyimizi düşünürəm", - deyə Dikmen bildirib.
Baş məşqçi komandasının qarşıdakı oyunlarda daha yaxşı nəticələr göstərəcəyinə inandığını vurğulayıb.
"İnanıram ki, daha çox çalışaraq daha yaxşı olacağıq. Hamıya uğurlar arzulayıram", - deyə mütəxəssis əlavə edib.
Qeyd edək ki, "Gəncə" altı oyundan sonra 8 xalla Azərbaycan Basketbol Liqasının turnir cədvəlində altıncı pillədə qərarlaşıb.