Apasport portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakıda keçirilən cüdo üzrə dünya çempionatında Azərbaycan təmsilçisi Murad Fətiyev yarımfinal görüşünə çıxıb.
Apasport.az xəbər verir ki, 90 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz yaponiyalı Qoki Tayima ilə qarşılaşıb.
Rəqibinə məğlub olan Fətiyev finala yüksələ bilməyib. O, bürünc medal uğrunda görüşdə serbiyalı Nemanya Maydovla üz-üzə gələcək.
Qeyd edək ki, Murad Fətiyev mundialda əvvəlki görüşlərində yunanıstanlı Teodoros Tselidisi və fransalı Aleksa Mitroviçi məğlub edib.
Xatırladaq ki, Azərbaycan cüdoçuları dünya çempionatında indiyədək 4 medal qazanıblar. Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq) və Ömər Rəcəbli (81 kq) isə bürünc medala sahib çıxıblar.
DÇ: Zelim Tçkayev finalda məğlub oldu - YENİLƏNİB Dünya çempionatı: Ömər Rəcəbli bürünc medal qazandı - YENİLƏNİB Cüdoçumuz dünya çempionatında mübarizəni dayandırıb DÇ: Vüsal Qələndərzadə mundialla vidalaşdı - YENİLƏNİB Dünya çempionatı: Daha 4 cüdoçumuz tatamiyə çıxacaq