Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 3 oktyabr, AZƏRTAC
Böyük dramaturq, Xalq yazıçısı İlyas Əfəndiyevin vəfatından 30 il keçsə də, onun irsi həmişə müasir olaraq qalacaq.
AZƏRTAC xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Murad Hüseynov jurnalistlərə açıqlamasında deyib.
Ölkəmizdə, o cümlədən dünyanın bir çox ölkələrinin aparıcı teatrlarında onun əsərləri əsasında tamaşalar səhnəyə qoyulub. Əlbəttə ki, İlyas Əfəndiyevin həyatı, irsi və yaradıcılığı gələcək nəsillər üçün örnək olaraq qalacaq. Onun sənəti və qoyduğu miras səhnələrdə həmişə ən sevilən tamaşalar kimi yaşamaqda davam edəcək”.
Müxbir - Göyçək Mahmudlu
Fotoqraf - İlkin Cavanşirov