Murad İsmayıldan Rafet El Romanla bağlı İNANILMAZ AÇIQLAMA KONKRET | Icma.az
Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Aktyor Murad İsmayılın Türkiyəli müğənni Rafet El Romanın Bakıdakı konsertində səhnə alması böyük marağa səbəb olub.
“Xəbərin var?” verilişinə qonaq olan Murad İsmayıl həmin anların onun üçün unudulmaz olduğunu bildirib.
KONKRET.az xəbər verir ki, aktyor uşaqlıqdan Rafet El Romanın pərəstişkarı olduğunu vurğulayıb və onun mahnılarının həyatında xüsusi yer tutduğunu qeyd edib.
Hətta uşaqlıq sevgisinin belə Rafet El Romanın mahnıları ilə bağlı olduğunu söyləyən Murad İsmayıl bu hadisəni həyatının ən yaddaqalan təcrübələrindən biri kimi dəyərləndirib: “Rafet El Romanın mahnılarını nə qədər yaxşı bildiyimi siz təsəvvür edə bilməzsiniz.
Bunu bəlkə də məni izləyən qohumlarım, məktəb dostlarım daha yaxşı bilər ki, onu necə çox sevirəm. Mən rus sektorunu bitirmişəm.
Məktəb vaxtı rus müğənnilərinin təzə vaxtları idi və rus bölməsində oxuduğumuz üçün hamı elə mahnılara qulaq asırdı.
2005-2006-cı illərdə 5 ya da 6-cı sinifdə idim. Gündəliklərimdə müəllimlər qeyd edirdi ki, dərsdə mahnı oxuyur.
Tam oxu
Xəbəri oxu