Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.
“Neftçi”dən “Pafos”a keçən Murad Məmmədov 47 nömrəli formanı seçməsinin səbəbini açıqlayıb.
Futbolpress.az xəbər verir ki, o, bu barədə Kipr klubunun mətbuat xidmətinin sorğusuna cavabında bildirib:
“Futbola müdafiəçi kimi başlamışam və ilk nömrəm 4 olub. Daha sonra yeni məşqçi gəldi və məni vinger kimi oynatmağa başladı. Bu zaman isə 7 nömrəli formanı götürdüm. O vaxtdan bu iki nömrə mənim üçün xüsusi idi. Əsas komandaya gələndə seçim edərkən, həm 4, həm də 7-nin olmağını istədim və buna görə 47 nömrəli formanı götürdüm”.
Murad Məmmədov “Pafos”la 3+1 illik müqavilə imzalayıb.