Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Xorvatiyanın “Hayduk” klubu Kiprin “Pafos” kollektivini qəbul edib.
İdman.Biz bildirir ki, matç Xorvatiya klubunun qələbəsi ilə bitib – 2:0.
Qolları Mikele Şeqo (56) və Dario Melnyak (64) vurublar.
Komandalar arasında cavab görüşü iyulun 30-da olacaq.
Xatırladaq ki, azərbaycanlı fubtolçu Murad Məmmədov ötən aydan “Pafos”un formasını geyinir.
Məmmədov “Hayduk”la oyunda komandasının heyətində yer almayıb.