Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Uşaq yaşlarından “Neftçi”nin akademiyasında oynayan, əsas komandaya qədər yüksələn Murad Məmmədov, xəbər verdiyimiz kimi, Cənubi Kiprin “Pafos” klubuna transfer olunub. 20 yaşlı vinger “Football-plus.az”a açıqlamasında yeni komandasının düşərgəsinə nə vaxt yollanacağı haqda məlumat verdi: “Hazırda U-21-in düşərgəsindəyəm. Ayın 10-na qədər toplanışda olacağıq. Toplanışdan qayıdandan sonra yeni komandamın düşərgəsinə qoşulacam. Mənə belə deyiblər”.
Murad təqdimat mərasiminin olub-olmayacağı barədə də danışdı: “İnşallah, olacaq. Bu gün kubok oyunları var. Mən ora gedəndə hər şey hazır olacaq”.
Yeri gəlmişkən, mövsümü 4-cü yerdə bitirməklə Konfrans Liqasına vəsiqə qazanan “Pafos” bu gün ölkə kubokunun finalında “Apollon”la qarşılaşacaq.
MÜZƏFFƏR QULUZADƏ