Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
UEFA Avropa Liqasında II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Kiprin “Pafos” komandası öz meydanında Xorvatiyanın “Hayduk Split” klubunu sınağa çəkib.
Futbolpress.az xəbər verir ki, dramatik mübarizəyə səhnə olan matç ev sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Əsas vaxtı və əlavə dəqiqələri gərgin keçən görüşdə dörd cavabsız qol vurmağı bacaran Kipr təmsilçisi ilk matçdakı məğlubiyyətə baxmayaraq, iki oyunun nəticəsinə görə (4:2) növbəti mərhələyə vəsiqə qazanıb.
Qarşılaşma həmyerlimiz Murad Məmmədov üçün də əlamətdar olub. Gənc futbolçu 83-cü dəqiqədə İvan Şunjiçi əvəzləyərək mübarizəyə qoşulub və komandasının uğurunda pay sahibi olub.