Murad Musayev 2ci dəfə ən yaxşı məşqçi seçildi

07.11.2024

Icma.az, News24 portalına istinadən məlumatı açıqlayır.

"Sabah"ın sabiq baş məşqçisi, hazırda "Krasnodar"ı çalışdıran Murad Musayev Rusiya Premyer Liqasında növbəti mükafatı qazanıb.

News24.az turnirin rəsmi saytına istinadən xəbər verir ki, o, ardıcıl ikinci aydır ki, bütün həmkarlarını qabaqlayaraq ayın ən yaxşı məşqçisi seçilib.

Murad Musayev Sergey Semak ("Zenit"), Martsel Liçka ("Dinamo"), Marko Nikoliç (SSKA) və Dmitri Pyatibratovu ("Fakel") üstələyib.

"Krasnodar" oktyabrda Rusiya Premyer Liqasında üç qələbə qazanıb. Komanda "Ximki"ni 4:0, "Spartak"ı 3:0, "Krılya Sovetov"u 2:1 hesabı ilə məğlub edib.

14 oyunda 36 xal toplayan "Krasnodar" hazırda Rusiya Premyer Liqasında liderdir.

Qeyd edək ki, Musayev 2021-ci ilin oktyabrından bu ilin fevral ayınadək "Sabah"ı çalışdırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью