Murad Musayev ardıcıl 2ci dəfə ən yaxşı məşqçi seçildi

07.11.2024

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

"Sabah" klubunun sabiq baş məşqçisi, hazırda Rusiya təmsilçisi "Krasnodar"ı çalışdıran Murad Musayev Premyer Liqada ardıcıl ikinci dəfə ayın ən yaxşısı seçilib.

"Cebheinfo.az" Premyer Liqanın mətbuat xidmətinə istinadən məlumatına görə, oktyabrın ən yaxşı baş məşqçisi adı uğrunda Murad Musayevlə yanaşı, 4 mütəxəssis - Sergey Semak ("Zenit"), Martsel Liçka ("Dinamo"), Marko Nikoliç (ÇSKA) və Dmitri Pyatibratov ("Fakel") mübarizə aparıblar.

Bu mükafata ardıcıl ikinci dəfə layiq görülən M.Musayev oktyabrda "Krasnodar"ın baş məşqçisi kimi Rusiya Premyer Liqasında üç qələbə qazanıb. Onun komandası "Ximki"ni 4:0, "Spartak"ı 3:0, "Krılya Sovetov"u 2:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, 14 oyunda 36 xal toplayan "Krasnodar" hazırda Rusiya Premyer Liqasının turnir cədvəlinə başçılıq edir. Komanda ikinci olan "Zenit"dən 3 xal öndədir.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью