Murad Musayev: Limitinin ləğvi azərbaycanlı futbolçular üçün ağır və çətin olacaq

06.04.2025

Icma.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.

"Legioner limitinin ləğvi azərbaycanlı futbolçular üçün ağır və çətin olacaq". Bu sözləri Sport24.az-a açıqlamasında "Qəbələ"nin futbolçusu Murad Musayev deyib.
30 yaşlı müdafiəçi 2025/2026 mövsümündə tətbiq olunacaq legioner limiti haqqında danışıb:

"Daha imkanlı və maddi cəhətdən yaxşı durumda olan klublar legionerlərə daha çox üstünlük verəcəklər. Bu da istər-istəməz yerlilərə təsir edəcək. Bu futboldur. Çalışmalı və o çətinliklə ayaqlaşmağı bacarmalıyıq. Daha çox əziyyət çəkməli və heyətdə öz yerimizi qazanmalıyıq".

Qeyd edək ki, I Liqada çıxış edən "Qəbələ" Premyer Liqada iştirakı təmin edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью