Murad Musayev yenidən “Sabah”ın baş məşqçisi ola bilər

06.11.2026

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rusiyanın “Krasnodar” klubunun baş məşqçisi Murad Musayev yenidən “Sabah”ın sükanı arxasına keçə bilər.

İdman.Biz fanat.az-a istinadən xəbər verir ki, rusiyalı mütəxəssis Bakı klubunun baş məşqçi postuna əsas namizədlərindən biridir.

Məlumata görə, “Sabah”ın hazırkı baş məşqçisi Valdas Dambrauskasın Avropa klublarından cəlbedici təklif alacağı təqdirdə mövsümün sonunda və ya daha əvvəl komandadan ayrılması gözlənilir.

Litvalı mütəxəssis klubdan ayrılarsa, rəhbərliyin ilk seçimi Murad Musayev ola bilər. Bildirilir ki, rusiyalı məşqçi də keçmiş komandasına qayıtmaq ideyasına müsbət yanaşır.

Qeyd edək ki, Musayev 2021-2024-cü illərdə “Sabah”a rəhbərlik edib. Onun rəhbərliyi altında paytaxt təmsilçisi tarixində ilk dəfə Azərbaycan Premyer Liqasının gümüş medallarını qazanıb və avrokuboklara vəsiqə əldə edib.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью