Murad Rusiyaya məxsus kanalların yayımının dayandırılması üçün çağırış etdi

02.07.2025

Icma.az bildirir, Azxeber.com portalına istinadən.

Murad Arif Azərbaycanda yayımlanan rəqəmsal televiziyaların rəhbərlərinə müraciət edib.

AZXEBER.COM xəbər verir ki, o, Azərbaycan ərazisində rus kanallarının yayımının dayandırılmasını istəyib:

"Azərbaycan ərazisində yayımlanan bütün KABEL tvlərə səslənirəm! Çox hörmətli, Katv, Ailə TV, CityNet, B&B, Connect, Uninet, ATV+ və başqaları...!

Xalqımızı təhdid edən və alçaldan kanalları yayımlamayın! Bu efirlər sırf azərbaycanlıların əsəbinə, qəzəbinə, həyəcanına hesablanıb! Onlar bilməlidir ki, biz, əhali olaraq baxmırıq!!!"

Onun çağırışına aparıcı, prodüser Tarix Əliyev də qoşulub.

Aysel

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью