Murad Rzayev: Tacir kimdir ki, Bayatı Şirazın improvizasiyasını yazsın

28.01.2025

Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Qarabağ bülbülləri" ansamblının bədii rəhbəri Murad Rzayev açıqlaması ilə diqqət çəkib.

BAKU.WS xəbər verir ki, "AStar" layihəsinə danışan bəstəkar müğənni Tacir Şahmalıoğlunun "Bayatı-Şiraz" mahnısını özünün bəstəsi kimi təqdim etməsinə etirazını bildirib.

O ifaçının bu hərəkətini qınayıb. Onun sözlərinə görə, Tacir qatıldığı bütün tədbirlərdə bu ifanı özünün bəstələdiyini bildirir.

"Tacir kimdir ki, Bayatı-Şirazın improvizasiyasını yazsın" - deyə Murad Rzayev qeyd edib.

Murad Rzayev Tacirin 6-7 yaşlarında sadəcə bu mahnını ifa etdiyini, lakin improvizasiya etmədiyini vurğulayıb.

Ətraflı videoda:

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью