futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanlı futbolçu Murad Məmmədov “Pafos”da ilk qolunu vurub.
Futbolpress.az xəbər verir ki, o, Avropa Liqasında “Zalsburq”la matçda fərqlənib (3:3).
Məmmədov görüşdən sonra sosial şəbəkə hesabında bunları yazıb:
“Hər şeydən əvvəl Allaha təşəkkür edirəm. Bizə dəstək olan hər kəsə minnətdaram. Bir ailə kimi əlimizdən gələn hər şeyi etdik. Amma yolumuza davam edəcəyik. İrəli, “Pafos”.
Murad bu yay “Neftçi”dən “Pafos”a keçib.