Icma.az bildirir, futbolpress-az portalına istinadən.
Azərbaycan millisinin futbolçusu Murad Məmmədovun çıxış etdiyi “Pafos”un futbolçusu Joau Korreya karyerasını Rusiyada davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, “Spartak” 29 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq istəyir. Bu barədə “Championat” nəşri məlumat yayıb. Moskva klubu 29 yaşlı futbolçunu satınalma hüququ ilə birlikdə icarəyə götürmək niyyətindədir.
Korreya 2024-cü ildən “Pafos”da çıxış edir. O, ötən mövsüm Kipr çempionatda 23 oyunda 10 qol vurub.
Murad bu yay “Pafos”a keçib. Azərbaycanlı vinger komanda ilə Avropa Liqasında 2 oyuna çıxıb.