futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Kipr çempionatında VIII turun qarşılaşmaları keçirilir.
Futbolpress.az xəbər verir ki, azərbaycanlı futbolçu Murad Məmmədovun çıxış etdiyi “Pafos” səfərdə “Apollon”un qonağı olub. Gərgin keçən matç 2:2 hesablı bərabərliklə yekunlaşıb.
Meydan sahiblərinin qollarını Alen Ojbolt və Brendon Tomas vurublar. “Pafos”un heyətində isə Lele 28-ci dəqiqədə fərqlənib, Anderson isə 88-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirərək komandasını məğlubiyyətdən xilas edib.
Qeydə alınan nəticə:
Kipr çempionatı
VIII tur
Apollon – Pafos 2:2
Qollar: Alen Ojbolt, 37, Brendon Tomas, 67 – Lele, 28, Anderson, 88 (pen.)
Qarşılaşmanın 73-cü dəqiqəsində, komandası 1:2 hesabı ilə geridə olanda Murad Məmmədov Nikolas İoannunu əvəzləyərək meydana daxil olub.
Bu nəticədən sonra “Pafos” 13 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.