Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.
Müğənni Murat Boz açıqlamaları ilə diqqət çəkib.
BAKU.WS xəbər verir ki, o uzun illərdir sadəcə sənətindən pul qazandığını etiraf edib.
Murat Boz onu da vurğulayıb ki, pulu qazanmaq da, onu normal formada xərcləmək də asan deyil:
"Pul qazanmaq asan deyil. Amma əsas məsələ qazandığın pulu qoruya bilməkdir. Mən hər zaman bu peşədən bu günkü qədər pul qazana bilməyəcəyəmmiş kimi yaşadım. Çünki həyatın nə gətirəcəyi bəlli deyil. İşlər bu gün yaxşı gedə bilər, amma hər zaman belə davam etməyə bilər. Gələcəyinizi planlaşdırın, qənaət edin və qazandığınızı israf etməyin".