Murat Bozun bu jesti gündəm oldu

20.11.2026

Icma.az bildirir, Baku.ws portalına istinadən.

Məşhur müğənni Murat Boz təqdirəlayiq addımı ilə diqqət çəkib.

BAKU.WS xəbər verir ki, o ötən ay İstanbulda baş verən güclü sel fəlakəti zamanı onu və komandasını xilas edən dalğıc polisləri ziyarət edib.

İstanbul Dəniz Limanı Şöbə Müdirliyinə gedən onlara şəxsən təşəkkür edib.

Xatırladaq ki, oktyabrın 14-də İstanbulda yağan güclü yağışlar nəticəsində Sarıyer rayonunun Ayazağa səmtində yerləşən "Phoenix" studiyasını su basıb.

Hadisə zamanı Murat Boz və aktrisa Demet Özdemirin də aralarında olduğu 200-dən çox insan binada köməksiz vəziyyətdə qalıb. Əraziyə cəlb olunan xilasedicilər vətəndaşları qayıqlarla təxliyə ediblər.

Müğənni minnətdarlıq duyğularını "Yaxşı ki, varsınız" sözləri ilə ifadə edib. İfaçının bu jesti sosial şəbəkələrdə müzakirələr yaradıb. Onun ünvanına xeyli sayda müsbət fikirlər bildirilib.

Qalereya

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью