Murat Dalkılıç 13 cü əməliyyatından sonra danışdı

08.09.2026

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyəli müğənni Murat Dalkılıç burun nahiyəsindən keçirdiyi 13 əməliyyatdan sonra səhhəti ilə bağlı açıqlamalar verib. 
Demokrat.az
xəbər verir ki, uzun müddətdir davam edən müalicə prosesinin həm fiziki, həm də psixoloji baxımdan onun üçün çətin olduğunu bildirən sənətçi sağalma müddətinin nə vaxt başa çatacağının məlum olmadığını deyib.
CNN Türk-ün məlumatına görə, anadangəlmə burun problemi olan Dalkılıç uşaqlıq illərindən etibarən bu səbəbdən müxtəlif əməliyyatlar keçirib. İlk əməliyyat zamanı burundakı qığırdaq toxumasının böyük hissəsinin götürülməsi sonrakı illərdə ciddi fəsadlara səbəb olub.
Qığırdaq dəstəyinin itirilməsi nəticəsində burunda çökmə yaranıb. Bunun bərpası üçün qulaq və qabırğadan götürülən toxumalardan istifadə olunub və müğənni dəfələrlə əməliyyat keçirib. Müalicə prosesində infeksiya riski də yaranıb və Dalkılıç təxminən 11 saat davam edən iki ağır əməliyyat keçirib. O, bir müddət komada qalıb və səhhəti ilə əlaqədar konsertlərini təxirə salmalı olub.
Müğənni sonuncu, 13-cü əməliyyatdan sonra nəfəs alma probleminin aradan qalxdığını bildirib. Kiprdə konsert öncəsi jurnalistlərin suallarını cavablandıran Dalkılıç həmin dövrü belə qiymətləndirib:
“Artıq özümü yaxşı hiss edirəm, ən vacibi də budur. Digər problemlərin də yavaş-yavaş aradan qalxacağını düşünürəm. Heç düzəlməyəcəyini deyirdilər, mənə heç bir ümid vermirdilər. Bura qədər gəlməyim çox önəmlidir”.
Dalkılıç daha sonra televiziya proqramlarından birində səhhəti ilə bağlı son vəziyyəti açıqlayıb. O, burnunun nə vaxt tam sağalacağını nə özünün, nə də həkiminin dəqiq bildiyini deyərək psixoloji durumuna da diqqət yetirməyə çalışdığını vurğulayıb.
“Burnumun nə vaxt sağalacağını nə mən, nə də həkimim bilirik. Psixoloji sağlamlığımı qorumağa çalışıram”, deyə sənətçi bildirib.
Jalə
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью