Muratadan qələbə şərhi: “Bu, bizə əlavə güc verdi”

01.12.2025

Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.

“Sumqayıt” Premyer Liqanın XIII turunda “Şamaxı”ya qalib gəlib – 2:1. Matçdan sonra “Kimyaçılar”ın futbolçusu Masaki Murata “FutbolPress“in suallarını cavablandırdı:

– Son dəqiqələrdə geridönüşlə qələbə qazandınız. Fikirlərin nədir?
– Gördüyünüz kimi, ağır oyun idi. “Şamaxı” çox çətin rəqibdir, xüsusən də fərdi mübarizələrdə. “Qarabağ”a qarşı son oyunun ilk 20 dəqiqəsində yaxşı oynamamışdıq. Buna görə də bugünkü matçda ilk dəqiqələrdən yaxşı oynamağa çalışdıq. Uzaq yol, üstəgəl, süni meydança amili… Bunlar da oyunumuza təsirsiz ötüşmədi, çətinlik çəkdik. Ancaq sonda istəyimizə çatdıq və qələbə qazandıq. Buna görə xoşbəxtik. Komanda yoldaşlarımı təbrik edirəm.

– 3 dəqiqəyə 2 qol vurduz. Nə baş verdi ki, belə dönüş etdiniz?
– Bu, komanda işidir. Son dəqiqələrdə oyuna daxil olan futbolçular öz xarakterlərini göstərdilər. Bir komanda olaraq çalışdıq və meydanda sona qədər vuruşduq. Azarkeşlərimizin dəstəyini də hiss etdik və bu, bizə əlavə enerji, güc verdi. Buna görə də sona qədər oynaya bildik.

– Qarşıdan “Difai Ağsu” ilə kubok matçı gəlir. Bu oyundan gözləntin nədir?
– Növbəti mərhələyə keçmək üçün bu da bizim üçün vacib oyundur. Açığı, rəqib haqda geniş məlumata malik deyiləm, amma oyun oyundur, fərqli bir şey yoxdur. Sadəcə öz oyunumuzu oynayıb qələbə qazanmalıyıq.

Şahin Cəfərov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью