Icma.az, Medicina saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Mürəbbənin üzərində kif göründükdə yalnız həmin hissəni götürüb qalanını yemək təhlükəsiz sayılmır. Qida təhlükəsizliyi üzrə mütəxəssislər belə halda bütün bankanın atılmasını tövsiyə edir.
Medicina.az xəbər verir ki, kif yalnız səthdə görünə bilər, onun yaratdığı bəzi zərərli maddələr isə mürəbbənin dərinliyinə yayıla bilər. Bu maddələrdən bəziləri yüksək temperatura da davamlıdır. Buna görə kiflənmiş mürəbbəni qaynatmaq da riski tam aradan qaldırmır.
Xüsusilə uşaqlar, yaşlılar, hamilə qadınlar və immun sistemi zəif olan şəxslər üçün ehtiyatlı davranmaq vacibdir.
Xanım,
Medicina.az