Apasport saytına istinadən Icma.az xəbər verir.
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasının qalibi bu gün bəlli olacaq.
Apasport.az xəbər verir ki, həlledici matçda “Murov Az Terminal” və “Azərreyl” komandaları üz-üzə gələcək.
Qarşılaşma, Milli Gimnastika Arenasında, saat 15:00-da start götürəcək. Komandalar arasında ilk final matçında "Azərreyl" 3:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, reqlamentə görə, qalib iki oyunun nəticəsinə əsasən müəyyən olunacaq. İki qarşılaşmadan sonra tərəflər hərəyə bir qələbə qazanarlarsa (xallar da bərabər olarsa), “qızıl set” oynanılacaq.
Yüksək Liqa: "Azərreyl"dən inamlı qələbə "Azərreyl" və "Murov Az Terminal"a qarşı “Xilasedici” bürünc medala sahib çıxdı "Azərreyl" finalda məğlub olub AVF prezidenti Tovuz Regional Voleybol Klubunun üzvləri ilə görüşüb