“Murov Az Terminal” heyətini iki yeni voleybolçu ilə gücləndirib

02.08.2026

Icma.az bildirir, Idman.biz portalına istinadən.

Azərbaycanın “Murov Az Terminal” voleybol komandası hücumçular Elina Xudiyeva və Maradit O’Qormanı heyətinə cəlb edib.

İdman.Biz xəbər verir ki, komanda yeni mövsümə hazırlıq çərçivəsində hər iki voleybolçu ilə müqavilə imzalayıb.

Elina Xudiyeva Azərbaycanı, Maradit O’Qorman isə ABŞ-ni təmsil edir.

Tərəflər arasında imzalanan müqavilələrin müddəti və digər detalları açıqlanmayıb.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью