“Murov Az Terminal”a yeni transfer edib

10.09.2026

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Voleybolçu İsmayıl Abbasov karyerasını “Murov Az Terminal”da davam etdirəcək.

İdman.Biz xəbər verir ki, Azərbaycan təmsilçisi gənc liberonun transferini açıqlayıb.

Yeni mövsümdən etibarən “Murov Az Terminal”ın heyətində çıxış edəcək İsmayıl Abbasov 25 fevral 2009-cu ildə Sumqayıtda anadan olub. 17 yaşlı voleybolçu son iki mövsümdə “Gənclər”in heyətində çıxış edib. O, bundan əvvəl Sumqayıt Regional Voleybol Klubunun U-18 komandasında forma geyinib. Libero mövqeyində oynayan Abbasovun boyu 178 sm-dir. Onun hücum sıçrayışı 302 sm, blok sıçrayışı isə 288 sm-dir.

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью