“Murov Kəlbəcər”in adı dəyişdirildi

27.09.2026

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

AFFA tərəfindən Region Liqasının formatında və reqlamentində edilən dəyişikliklərdən sonra “Murov Kəlbəcər” klubu da ad dəyişikliyinə gedib.

İdman.Biz xəbər verir ki, yenilənmiş tələblərə əsasən, Bakı şəhərini təmsil edən komandaların turnirdə paytaxtın adı altında çıxış etməsi zərurəti yaranıb.

Bu səbəbdən “Murov Kəlbəcər” rəhbərliyinin qərarı ilə klubun adı rəsmi şəkildə dəyişdirilib. Komanda bundan sonra “Gənclərbirliyi Bakı” Peşəkar Futbol Klubu adı ilə fəaliyyət göstərəcək.

Yeni mövsümdən etibarən kollektiv Region Liqasında yeni brend, yenilənmiş loqo və “Gənclərbirliyi Bakı” adı altında mübarizə aparacaq.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью