Mürsəl İbrahimov və dörd həbçiyə hərbçiyə general mayor rütbəsi verilib

25.06.2025

Icma.az, Missiya.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında Sərəncam imzalayıb.

Missiya.Az xəbər verir ki, sənədə əsasən, Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsi verilib:

polkovnik İdris Mustafa oğlu Məhərrəmova

polkovnik Vasif Tofiq oğlu Xəlilova

polkovnik Elnur Sadıq oğlu Kazımova

polkovnik Elgün Aqil oğlu Əliyevə.

Dövlət başçısının imzaladığı digər Sərəncamla Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl Qorxmaz oğlu İbrahimova da “general-mayor” ali hərbi rütbəsi verilib.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью