Murzin ikinci ən gənc dünya çempionu İdman və Biz

30.12.2024

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Volodar Murzin Nyu-Yorkda keçirilən rapid üzrə dünya çempionatında bir məğlubiyyətə belə uğramadan, 13 mümkün xaldan 10 xal toplayaraq rəqibləri üçün əlçatmaz olub.

İdman.biz xəbər verir ki, 18 yaşlı rusiyalı şahmatçı rapid üzrə dünya çempionatları tarixində ikinci ən gənc qalibdir.

Murzin bu göstəriciyə görə yalnız 2021-ci ildə 17 yaşında çempion olmuş Nodirbek Abdusattorovdan (Özbəkistan) geri qalır.

Hampi Koneru isə qadınların yarışına məğlubiyyətlə başlasa da, bununla belə, 8,5 xalla (mümkün 11 xaldan) birinci yeri tutub. Hindistanlı şahmatçı karyerasında ikinci dəfə rapid üzrə dünya çempionu olub.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью