Musa Nağıyevin İsveçrə bankındakı 1 milyardının taleyi necə oldu? Nəvəsi DANIŞDI (EKSKLÜZİV)

21.05.2025

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

"Musa Nağıyevin İsveçrə bankında saxlanılan pulları ilə bağlı hazırda heç bir proses getmir”.
Bunu Demokrat.az-a açıqlamasında Azərbaycanın tanınmış milyonçusu Musa Nağıyevin nəvəsi, tarixçi Dilarə Nağıyeva deyib. 
O bildirib ki, vərəsəlik hüququ olmadığı üçün pulları ala bilməyib:
“Pullar oradadır, özü də çox böyük məbləğdir. Lakin vərəsəlik hüququm olmadığı üçün ala bilmirəm. Nəticə yoxdur, ona görə də bu məsələ belə qalıb".
Xatırladaq ki, 2023-cü ildə Dilarə Nağıyeva efirə çıxaraq bu məsələni ictimailəşdirmişdi.
Cavidan Mirzəzadə
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью