Sportal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir. "Artıq 5 gündür buradayıq, hər gün məşqlərimiz olur.
Bu, bizim üçün çox vacib matçdır. Taktiki və mental cəhətdən oyuna köklənirik.
Layiqli oyun göstərmək və nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik".
Azərbaycan milli komandası UEFA Millətlər Liqası qrup mərhələsinin 5-ci turu çərçivəsində sabah Qəbələdə Estoniya seçməsini qəbul edəcək.
Sportal.az xəbər verir ki, yığmamızın hücumçusu Musa Qurbanlı matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb: - D Liqasına yuvarlanmaq təhlükəsi var.
Komandanın üzərində bunun təzyiqi hiss edilir? - Əlbəttə ki, fərqindəyik. Oyunun nə qədər vacib olduğunu dərk edirik.
Yalnız qələbəyə köklənmişik. - Bu mövsüm qol vurmamısan. Səbəbi nədir? - Mövsümün əvvəlində zədələndim, əməliyyat olundum.
Oynamağa təzə başlamışam. Optimal formamı bərpa etdikdən sonra qollar vurmağa başlayacam.