Musa Qurbanlı: “Hələ heç nə bitməyib”

07.08.2026

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

“Qarabağ”ın hücumçusu Musa Qurbanlı UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Dinamo” (Kiyev) ilə baş tutan ilk qarşılaşmanın (0:1) ardından sosial şəbəkədə fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, gənc forvard “Instagram” hesabının “hekayə” bölməsində komanda yoldaşlarına və azarkeşlərə mesaj ünvanlayıb:

“Hələ heç nə bitməyib, son dəqiqəyə kimi döyüşəcəyik. Bizim xarakterimizdə təslim olmaq yoxdur”.

İlk matçda Ukrayna təmsilçisinə minimal hesabla (0:1) yenilən “Qarabağ” avqustun 13-də Bakıda keçiriləcək cavab görüşündə mərhələ adlamaq üçün meydana çıxacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью