Icma.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır. Əzimkar mübarizə aparacağıq ki, layiqli qələbə qazanaq.
Bunun fərqindəyik". Sport24.az xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Musa Qurbanlı deyib.
22 yaşlı hücumçu Millətlər Liqası çərçivəsində Estoniya ilə oyundan öncə mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
O bildirib ki, hədəf inamlı çıxışdır. - Hazırkı formanı necə dəyərləndirirsən? - Mövsümün əvvəlində zədələndim, əməliyyat olundum.
Hələ təzə-təzə oynamağa başlamışam. Çalışıram ki, optimal formamı bərpa edim. Ondan sonra hər şey öz yerini tapacaq.
- Yeni baş məşqçi Fernandu Santuşun oyun fəlsəfəsi haqqında fikirlərin necədir? - Hər məşqçinin öz oyun fəlsəfəsi var.
Fernandu Santuş böyük məşqçidir. Nailiyyətləri göz qabağındadır. Bu mənim onunla ilk təlim-məşq toplanışımdır.
Biz oyunçular ilk onun fəlsəfəsinə öyrəşməliyik, buna alışmalıyıq. Onun dediklərini meydanda həyata keçirməliyik.