Musa Qurbanlının son vəziyyəti nə yerdədir?

21.07.2026

Fanat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsində Sofiya ÇSKA-sı ilə üz-üzə gələcək "Qarabağ"ın zədəli hücumçusu Musa Qurbanlının son vəziyyətinə aydınlıq gəlib.

Ağdam təmsilçisinin mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, 24 yaşlı forvard 2 gün öncə fərdi çalışmalara başlayıb.

Onun yaxın vaxtlarda kollektiv məşqlərə qoşulacağı gözlənilir.

"Qarabağ" və ÇSKA arasındakı ilk oyun iyulun 23-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Cavab görüşü isə 1 həftə sonra Sofiyada reallaşacaq.

Ağdam təmsilçisi AL-in 1-ci təsnifat mərhələsində İslandiyanın "Vestri" komandasını hər iki dueldə 3 cavabsız qolla yenərək mübarizədən kənarlaşdırıb.

Toğrul

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью