Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.
“Qarabağ”ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi üçün açıqladığı iştirak ərizəsində yalnız üç hücumçunun – Musa Qurbanlının, Nəriman Axundzadənini və Emmanuel Addainin adının olduğunu xəbər vermişdik.
“Football-plus.az”ın məlumatına görə, “Qarabağ”ın mötəbər turnirdə belə hücum xəttiylə çıxış etmək niyyətində olması azarkeşlərini ümidsizliyə düçar edib. Bu barədə “İmarət” Azarkeş Qrupunun “facebook”dakı sosial şəbəkə hesabında paylaşım edilib:
“Qarabağ” hücumçu transfer etməyə gecikir. Nə Nəriman, nə Musa, nə də Addai “Qarabağ”ın Avropa arenasında keçirəcəyi oyunlarda yükün altından çıxacaq futbolçudu”.
Əli İsmayılov: “Musa və Nəriman... dünyanın ən təhlükəsiz hücum xətti...”
Arzuman İsmayılov: “Musa “Qarabağ”ın səviyyəsinə uyğun hücumçu deyil”.
Elşan Hüseynov: “Görünür, “Qarabağ” gizli 9 nömrə taktikasıyla oynacaq. Qol ümidimiz yarımmüdafiəçilər olacaq”.
“sava dark”: “Nərimanla Musa öz yerində. Addai sonuncu yoxlama oyununda qaçmırdı, yeriyirdi”.
KƏNAN BAHADIR