Müşahidəçi: Sevindirici hal odur ki, gənclərin səsverməyə böyük marağı var | Icma.az
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 29 yanvar, AZƏRTAC “Azərbaycan xalqının bələdiyyə seçkilərinə marağı böyükdür”.Bu sözləri AZƏRTAC-a açıqlamasında 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 12 saylı seçki məntəqəsində müşahidəçi qismində iştirak edən Mehriban İbrahimova deyib.O, məntəqədə seçicilər üçün lazımi şəraitin yaradıldığını bildirib: “Vətəndaşlar bələdiyyə seçkilərində iştirak etmək üçün məntəqəyə gələrək öz konstitusiya hüquqlarından istifadə edirlər.
Seçki prosesi şəffaf və nizam-intizamlı keçir. Səsvermə prosesində indiyə qədər heç bir qanun pozuntusu qeydə alınmayıb.
Sevindirici hal odur ki, gənclərin səsverməyə böyük marağı var”. Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu