Müşahidəçilər bu prosesdə xüsusi önəm daşıyır MSK üzvü DANIŞDI | Icma.az
Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır. “Azərbaycanda 1997-ci ildən bələdiyyə seçkiləri keçirilir”.
Bunu SİA-ya Mərkəzi Seçki Komissiyasının üzvü Nizami Nadirxanlı deyib.
O bildirib ki, keçirilən seçkilər Mərkəzi Seçki Komissiyasının qərarı ilə həyata keçirilir: “Müxtəlif zamanlarda bir sıra bələdiyyələr olub.
Ulu Öndər Heydər Əliyev bildirirdi ki, biz yerlərdə qurumlar yaradırıq və tədricən bələdiyyələrə icra hakimiyyətlərinin hüquqlarından da veriləcək.
Gördüyünüz kimi bu zaman-zaman öz həllini tapır. Əvvəllər 1600 bələdiyyədə seçki keçirilirdisə indi bu rəqəm azaldılaraq 685 olub.
Bütün seçkilərdə olduğu kimi bələdiyyə seçkilərində də hər şey şəffaf şəkildə baş verir. Müşahidəçilərdə bu prosesdə xüsusi önəm daşıyır.
Ötən illərdə məntəqələrin sayı daha çox idi. Həmçinin bələdiyyənin fəaliyyəti bir mənalı qarşılanmırdı.
Amma parlament iclasında bələdiyyənin sayının azaldılması fəaliyyəti mükəmməl şəkildə istiqamətləndirdi.
Tam oxu
Xəbəri oxu