Müşahidəçilər in sərhəddə fəallığı səngimək bilmir

30.01.2025

Sitat.info saytından alınan məlumata görə, Icma.az bildirir.

Avropa İttifaqının Azərbaycanla sərhəddə yerləşdirilmiş “müşahidəçilər"inin fəallığı səngimək bilmir.

Sitat.info xəbər verir ki, bununla bağlı Trend-ə yeni görüntülər daxil olub.

Belə ki, yanvarın 30-u saat 14:45-də Ermənistanın Dəvəli rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən Ermənistan silahlı qüvvələrinin döyüş mövqeyi üzərində Avropa İttifaqının bayrağının olduğu 2 ədəd Cip markalı avtomobildə 1-i hərbçi və 3-ü mülki şəxs olmaqla, ümumilikdə 4 nəfər şəxsin gələrək ərazidə foto və videoçəkiliş aparması qeydə alınıb.

Missiya nümayəndələri saat 15:50-də ərazini tərk edərək geri qayıdıblar.

Avropa İttifaqı nümayəndələrinin ərazidəki fəaliyyəti Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri tərəfindən vizual və texniki vasitələrlə müşahidə edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью