Müşahidəçilər sərhədimizdən çıxarılacaqmı? AB nin “cavabı”

25.03.2025

Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Biz ikitərəfli danışıqları şərh etmirik. Bizim Ermənistandakı missiyamız iki il mandatı olan mülki missiyadır

Axar.az xəbər verir ki, bu sözləri AB-nin xarici siyasət idarəsinin sözçüsü Anita Hipper Brüsseldə mətbuat konfransında Bakının üçüncü qüvvələrin sərhəddən çəkilməsi tələbinin İrəvan tərəfindən qəbul edilməsi barədə danışarkən deyib.

O əlavə edib ki, AB Ermənistandakı missiyanı gözdən salmaq üçün çoxlu cəhdlər görüb.

Qeyd edək ki, Bakı və İrəvan 13 martda sülh sazişi mətnini razılaşdırdıqlarını elan ediblər. Sazişin bəndlərindən biri də 3-cü qüvvələrin sərhədyanı rayonlardan çıxarılmasıdır.

Ermənistan bu ilin fevralında AB müşahidə missiyasının mandatını daha 2 il uzadıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью