Müsavat bələdiyyə seçkilərilə bağlı qərar verdi

03.12.2024

Icma.az xəbər verir, Reyting.az saytına əsaslanaraq.


Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.
Partiyanın mətbuat xidmətindən Reyting.az-a verilən məlumatına görə, iclasda əvvəlcə görülən işlər müzakirə olunub. Məclisin komissiya sədrlərinin iştirakı ilə keçirilən toplantılar barədə məlumat verilib.
Partiyanın Nizami rayon təşkilatının yığıncağı və keçirilən seçkilər haqda məlumat dinlənilib.
Yanvarın 29-na təyin olunan bələdiyyə seçkiləri ilə bağlı müzakirə aparılıb. Divan Müsavat Məclisinin son sessiyada ona verdiyi səlahiyyətləri rəhbər tutaraq seçkilərdə öz namizədləri ilə iştirak etmək, namizədlərin irəli sürülməsi səlahiyyətlərini partiyanın rayon təşkilatlarına həvalə etmək haqqında qərar qəbul edib. Prosesə ümumi nəzarət Divan tərəfindən həyata keçiriləcək.
Dekabrın 7-də saat 11:00-da Məclisin sessiyasının keçirilməsi qərara alınıb.

Ana səhifəyə dön


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью