Müsavat Partiyasından İctimai Televiziyaya MÜRACİƏT

25.02.2025

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Müsavat Partiyası İctimai Televiziyadan efir vaxtı istəyir. Modern.az-ın məlumatına görə, bu barədə partiyanın başqanı İsa Qəmbər bildirib.
Onun sözlərinə görə, fevralın 24-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. İclasda bir sıra məsələlər müzakirə olunub.
“Müsavat Divanı İctimai Televiziyadan ölkə qanunvericiliyə əsasən, partiyaya həftədə 3 dəfə 30 dəqiqə vaxt ayrılmasını istəyir. Bununla əlaqədar İctimai TV-nin rəhbərliyinə rəsmi müraciət göndərilməsi qərara alınıb”, - İsa Qəmbər deyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью