Müşavir: Türkiyə və Azərbaycan bir neçə birgə komitə yaradacaq | Icma.az
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Türkiyə-Azərbaycan Media Platforması çərçivəsində "Dezinformasiyaya qarşı mübarizə" mövzusunda Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin, Türkiyənin Azərbaycandakı səfirliyinin media müşavirliyinin və Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə analitiklər və köşə yazarlarının iştirakı ilə görüş keçirilib.
Tədbirdə media sahəsində əməkdaşlıq perspektivləri və informasiya təhlükəsizliyi məsələləri müzakirə olunub.
Türkiyənin Azərbaycandakı səfirliyinin media müşaviri Alptekin Cihangir İşbilir Oxu.Az-a açıqlamasında bildirib ki, Türkiyə-Azərbaycan Media Platforması çərçivəsində bir neçə komitənin yaradılması planlaşdırılır: "Bu komitələrdən birincisi ictimai diplomatiya mexanizmi olacaq.
Bu mexanizm təkcə Türkiyə və Azərbaycan üçün deyil, eyni zamanda digər türk dövlətləri üçün də faydalı olacaq.
Bu mexanizmin tərkibində hər şey yer alacaq: dezinformasiyaya qarşı mübarizədən tutmuş, sənət və mədəniyyətin tanıdılmasına qədər.
İkinci mərhələdə Beynəlxalq Media Platforması və Strateji Əlaqələr Komitəsinin yaradılması nəzərdə tutulur.
Eyni zamanda rəqəmsallaşmanı hədəfləyən xüsusi bir komitənin də qurulması planlaşdırılır.
Tam oxu
Xəbəri oxu