Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İran Prezidenti Məsud Pəzeşkian İsrailin ona qarşı sui-qəsd cəhdi etdiyini açıqlayıb.
Ölkə.Az xəbər verir ki, bu barədə o, amerikalı jurnalist Taker Karlsona verdiyi müsahibədə danışıb.
“Bəli, onlar cəhd etdilər, lakin uğursuz oldular”, – deyə Pəzeşkian bildirib.
Prezidentin sözlərinə görə, hadisə təxminən bir həftə yarım əvvəl baş verib. O əlavə edib ki, bu sui-qəsdə ABŞ-nin heç bir aidiyyəti olmayıb.
“Biz müşavirədə idik, gələcək addımları müzakirə edirdik. Onlar isə öz casuslarının kəşfiyyat məlumatları vasitəsilə həmin əraziyə zərbə endirməyə cəhd etdilər”, – deyə İran Prezidenti əlavə edib.