Musayevdən ikinci qələbə

27.08.2026

Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanın titullu MMA döyüşçüsü Tofiq Musayev UFC-də növbəti sınağına çıxıb.

Futbolpress.az xəbər verir ki, 36 yaşlı idmançımız Serbiyanın paytaxtı Belqradda təşkil olunan “UFC Fight Night” turnirində qüvvəsini sınayıb.

Yüngül çəki dərəcəsində baş tutan gecənin ilkin kartında yer alan təmsilçimiz slovakiyalı Ludovit Kleinlə üz-üzə gəlib. Gərgin keçən qarşılaşmanın sonunda rəqibinə qalib gələn idmançımız nüfuzlu turnirdə növbəti uğuruna imza atıb.

Bu, Tofiqin UFC-də üçüncü döyüşü idi. O, 2025-ci ilin iyununda Bakıdakı debütündə Mıktıbek Orolbaya uduzsa da, 2026-cı il martın 28-də İqnasio Bahamondesi məğlub edərək yarışdakı ilk qələbəsini qazanmışdı.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью