Müsbət düşüncə peyvəndin effektivliyini artıra bilər | Icma.az
Icma.az, Azpost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Alimlərin apardığı yeni araşdırma müsbət düşüncənin peyvəndlərin immun sisteminə təsirini gücləndirə biləcəyini ortaya qoyub.
“The Guardian” xəbər verir ki, tədqiqatın nəticələrinə görə, beynin mükafat sistemini aktivləşdirən müsbət düşüncə strategiyalarından istifadə edən şəxslərdə peyvənddən sonra daha çox anticisim istehsal olunub.
Araşdırma göstərir ki, xoş və pozitiv təcrübələri təsəvvür edən insanların immun sistemi peyvəndə daha güclü reaksiya verib.
Bu isə gələcəkdə psixoloji yanaşmaların immunitetin gücləndirilməsində klinik potensiala malik ola biləcəyinə işarə edir.
Tədqiqat çərçivəsində könüllülər beynin müəyyən sahələrində aktivliyi artırmaq üçün müxtəlif zehni strategiyaları sınaqdan keçiriblər.
İştirakçılar real vaxt rejimində verilən göstəricilər vasitəsilə beyin aktivliyinin nə dərəcədə artdığını izləyə biliblər.
Dörd beyin məşqi sessiyasından sonra könüllülərə hepatit B peyvəndi vurulub.
Tam oxu
Xəbəri oxu