Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Azərbaycanda səfərdədir

10.11.2024

Icma.az, Operativmedia portalına istinadən məlumat verir.

Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalam noyabrın 10-da BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib.

"Operativ Media" xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli və digər rəsmi şəxslər qarşılayıblar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью