Müsəlman Ağsaqqalları Şurasının sədri Azərbaycana gəldi

10.11.2024

Icma.az bildirir, Sfera.az portalına istinadən.

Noyabrın 10-da Müsəlman Ağsaqqalları Şurasının sədri, Əl-Əzhəri Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib.

Sfera.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью