Müsəlman ölkəsində 7,7 bal gücündə zəlzələ oldu

15.08.2026

Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İndoneziyanın şərqindəki Flores adası sahillərində baş vermiş 7,7 bal gücündə zəlzələ və ardınca qeydə alınan bir neçə güclü təkan nəticəsində ölənlərin sayı beşə yüksəlib.

Milli.Az Trend-ə istinadən bildirir ki,  bu barədə şənbə günü yerli hakimiyyət orqanları məlumat verib.

Şərqi Nusa-Tenqara əyalətinin qubernatoru Melki Laka Lena Kupanqda keçirdiyi mətbuat konfransında bildirib ki, beş nəfər həyatını itirib, bir sıra binalar və yaşayış evləri zərər görüb, bəzi yollar isə torpaq sürüşmələri nəticəsində bağlanıb və ya istifadəyə yararsız hala düşüb. O əlavə edib ki, dağıntıların tam miqyasını müəyyənləşdirmək üçün məlumatların toplanması davam edir.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью